Mən Elnur Allahyarlı, 31 Mart 1993-cü ildə doğulmuş Bodynuilding və fitness mütəxəssisiyəm. 2011-ci ildə idman dünyasına ilk addımımı atmışam və 2013-cü ildən bəri müəllim kimi fəaliyyət göstərirəm. 2023-cü ildə iştirak etdiyim peşəkar səviyyəli müsabiqələrdə əldə etdiyim uğurlarlar ; ağır çəki kateqoriyasında Respublika 3-cüsü və ən ağır çəki kateqoriyasında Respublika 2-ci olmuşam.
İdman karyerama əlavə olaraq, 13 illik peşəkar təcrübə və müxtəlif sertifikatlarımla fitness sahəsindəki biliklərimi daim inkişaf etdirirəm. Hər keçən gün özümü yeniləyərək, sağlam həyat və bədən inkişafı sahəsində insanlara kömək edirəm.
Bu səhifədə sizə təklif etdiyim xidmətlərlə əlaqədar daha çox məlumat əldə edə bilərsiniz, idman karyerimdə qazandığım təcrübələri və nailiyyətlərimi sizlərlə bölüşməyə hazıram. Sağlam həyat tərzi qəbul edən hər kəsi dəstəkləmək və motivasiya etmək mənim üçün bir missiyadır.
Siz də mənimlə birlikdə sağlam və fit həyat tərzi yaşamağa addım atmaq istəyirsinizsə, sizi məşqlərimə dəvət edirəm!
Hər birinizə Sağlam gün arzulayıram.